• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1963
— 09.02.2022 21:20

Azad edilən ərazilərdə yeni hərbi hissə istifadəyə verilib

KepezTV Player

Azad edilən ərazilərdə xidmət aparan hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti işğaldan azad edilən ərazilərdə istifadəyə verilən yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub. Hərbi hissədə bütün obyektlər müasir tələblərə uyğun əsaslı təmir olunaraq lazımi avadanlıq və inventarlarla təmin edilib. Müdafiə naziri avtomobil və döyüş texnikasının saxlandığı parkın şəraiti ilə tanış olub, döyüş maşınları komandirlərinin məruzələrini dinləyib. Zakir Həsənov hərbi hissənin şəxsi heyəti ilə də görüşüb.Döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eyni zamanda, Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni tapşırıqlarının icrasına hər an hazır olmalarını bir daha hərbi qulluqçuların diqqətinə çatdıran müdafiə naziri orduda aparılan islahatlar çərçivəsində müasir silah, hərbi texnika və avadanlıqların alınmasının bundan sonra da davam etdiriləcəyini bildirib.