• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1427
— 09.02.2022 20:54

İcra başçısı YAP-ın təşkilat sədri ilə görüşüb

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının yeni sədri ilə görüş keçirilib. Görüş zamanı Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının tarixən zəngin və şərəfli inkişaf yolu keçdiyi bildirilib. YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov çıxış edərək, partiya rəhbərliyinə göstərilən etimadı layiqincə doğruldacağı barədə söz verib. Çıxışlarda hakim Partiyanın tarixən zəngin və şərəfli inkişaf yolu keçdiyi, bu gün misilsiz nailiyyətləri olan alternativsiz siyasi təşkilata çevrildiyi vurğulanıb. Şəhər ictimaiyyəti də öz növbəsində Ramil Orucova fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.