• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2177
— 08.02.2022 20:00

"Kəpəz" növbəti yoxlama oyununda sülh bağladı

KepezTV Player

Futbol üzrə 1-ci divizionda çıxış edən "Kəpəz" 2-ci dövrəyə hazırlıq çərçivəsində növbəti yoldaşlıq görüşünü keçirib. Gəncəlilər bu dəfə evdə digər qərb klubu "Turan Tovuz"u qəbul ediblər. Yoxlama oyununa itkilərlə çıxan "sarı-göylər"in heyətində komandanın əsas heyət üzvlərindən Əli Səmədov və Cavid İmamverdiyev meydanda olmayıb. Hər iki kollektiv qarşılaşma boyu qapılar önündə bir çox vəziyyətlərdə qola yaxın olub. Ancaq yekunda görüş qolsuz heç-heçə ilə tamamlanıb. Bu, "Kəpəz"in qış fasiləsində 3-cü yoldaşlıq görüşü olub. Daha öncə komanda Bakıda premyerliqa klublarından "Keşlə" ilə 0:0 hesablı heç-heçə edib, "Səbail-2" üzərində isə 1 cavabsız qolla qələbə qazanıb.