• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1445
— 08.02.2022 19:39

Pensiyaçılar fevraldan artımları ala biləcəklər

KepezTV Player

Prezident İlham Əliyevin imzaladığı əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı sərəncam pensiyaçıların 92 faizini əhatə edəcək.1.1 milyon pensiyaçının aylıq büdcəsində artım olacaq. Bu yardımların hansı qaydalarla ödəniləcəyi açıqlanıb.

Prezidentin sərəncamına əsasən 2022-ci il 1 yanvar tarixinədək təyin edilən əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun indeksləşdirilir. Bununla yanaşı sığorta prinsipi ilə pensiya alanlara rübdə 50 manat olmaqla, il ərzində 200 manat məbləğində maddi yardım ödəniləcək. Pensiyaçılar artıq bu aydan öz hesablarında artımları görə biləcək.

Sığorta prinsipi ilə pensiya alanlara veriləcək 200 manatlıq maddi yardımın ödənilməsi ilə, 1 milyon 100 min pensiyaçının aylıq pensiyasında artım olacaq. Artımları həyata keçirmək üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək.

Dövlət Sosial Müdafiə Fondunun sədri pensiya yaşının azaldılması məsələsinə də aydınlıq gətirdi. Himalay Məmişovun sözlərinə görə, pensiyaçıların yaş həddi, orta ömür uzunluğununun üzərində olduğundan bu məsələ müzakirə edilmir.