• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1898
— 08.02.2022 16:10

Yeni istifadəyə verilən məkanın ilk qonaqları şəhid və qazi övladları olub

KepezTV Player

Göygöldə restoranlardan birinin açılışı şəhid və qazi övladlarının iştirakı ilə baş tutub. Yeni istifadəyə verilən obyektin ilk qonaqları 30-a yaxın şəhid və qazi ailəsi olub. Açılış mərasimində Vətən uğrunda canından keçənlərin xatirəsi anılıb, onların qəhrəmanlığından söz açılıb. Balacalar vətənpərvərliyi tərənnnüm edən şeirlər səsləndiriblər. Fidanlar üçün təşkil olunan rəngli oyunlar və şən personajlar isə onların vaxtlarının yadda qalan keçməsinə xidmət edib.