• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1342
— 08.02.2022 11:57

Azad olunmuş ərazidə avtobus qəzası ilə bağlı araşdırma davam edir

KepezTV Player

Azad olunmuş ərazidə avtobus qəzası ilə bağlı araşdırma davam edir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilib ki, hadisəni törədən avtobusun sürücüsü Paşa Mürşüdov xəsarət alıb, hazırda müalicə olunur. Fevralın 6-sı axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Yaralıların vəziyyəti sabitdir və həkim nəzarətindədirlər. Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb. Hadisə ilə bağlı Xocalı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.