• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1300
— 08.02.2022 12:17

Prezident yenidən qurulan “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik  “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib. Dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan “Yaşma” yarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib. Uzunmüddətli istismar nəticəsində avadanlığın köhnəlməsi, bundan əlavə, sistem qəzalarının başvermə ehtimalı və sürətlə artan tələbatı ödəyə bilməməsi ilə əlaqədar yarımstansiya Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulub. Dövlət başçısı yarımstansiyanı işə salıb.