• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 07.02.2022 22:31

Evdə yanğın olub

KepezTV Player

Şəmkir şəhəri, S.Əsgərova küçəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verib. Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində qısa zamanda yanğın söndürülərək daha geniş sahəyə yayılmasına, habelə bitişik evə keçməsinə imkan verilməyib.Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m. olan kürsülü, birmərtəbəli üçotaqlı evin 2 otağının, dam örtüyünün yanar konstruksiyaları 100 kv.m. sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.