• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1527
— 07.02.2022 22:21

İctimai nəqliyyatda pandemiya qaydalarına əməl edilməsi ilə bağlı reyd

KepezTV Player

Ölkədə koronavirusa yoluxmanın sayında yüksək artım müşahidə olunur. Bu isə bir daha pandemiya qaydalarına ciddi əməl etməyin vacibliyini ortaya qoyur. Məhz bu səbəbdən Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əməkdaşları ictimai nəqliyyatda maarifləndirici reydlər keçirirlər.

Yenə də maska taxmayan sərnişinlər, buna göz yuman, üstəlik özü də pandemiya qaydalarını pozan sürücülər. Təəssüf doğuran bu görüntülər Gəncənin ictimai nəqliyyatında qeydə alınıb.Şəhərin Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əməkdaşları belə neqativ hallartın qarşısının alınması məqsədilə səfərbər olublar. Sürücü və sərnişinlərin maarifləndirilməsi həyata keçirilir.

Maarifləndirici reydlər yalnız şəhərin mərkəzi prospekt və küçələrini əhatə etmir. Ətraf ərazilərdə də ictimai nəqliyyatda tibbi maskalardan istifadənin zəruriliyi, avtomobillərdə şəffaf arakəsmələrin, dezinfeksiyaedici vasitələrin olmasının vacibliyi sürücü və sərnişinlərin diqqətinə çatdırılıb. Qaydalara əməl etməyənlərə qarşı tədbirlər görüləcəyi vurğulanıb.

Gəncədə pandemiya qaydalarına riayət edilməsi daim diqqətdə saxlanılır. Şəhərdə 21 marşrut xətti üzrə hərəkət edən 210 nəqliyyat vasitəsi gündəlik olaraq dezinfeksiya edilir.

Elnur Vahidoğlu