• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1224
— 07.02.2022 20:32

“TEKNOFEST" aerokosmik və texnologiya festivalı keçiriləcək

KepezTV Player

Dünyaya bizim gənclərimizin texnologiya sahəsində ən yaxşılarını edə biləcəyini göstərmək istəyirik. Bu fikirləri Bakıda keçiriləcək “TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı ilə bağlı mətbuat konfrasından sonra “TEKNOFEST” Müşahidə Şurasının sədri Səlcuq Bayraqdar səsləndirib. Azərbaycanda ilk dəfə keçiriləcək tədbir 26-29 may tarixlərində Dənizkənarı Bulvarda baş tutacaq. Festival çərçivəsində  türk və azərbaycanlı pilotların təqdimatında aviaşou, yarış və müsabiqələrin möhtəşəm final mərhələləri, sərgilər, əyləncəli attraksionların keçirilməsi nəzərdə tutulub.

“TEKNOFEST Azərbaycan” festivalı ölkəmizdə “Robotexnika”, “Yaşıl texnologiyalar ”, “Aqrar texnologiyalar ”, “Pilotsuz uçuş aparatları ”, “Həvəskar peyk modelləşdirilməsi”, “Sosial yönümlü texnologiyalar”, “Smart Qarabağ” Hakatonu, “Sailplaner”, “Baku Skills”, “Rocket League” oyunu üzrə Avropa kuboku daxil olmaqla 10 müsabiqə üzrə keçiriləcək.

Selçuk Bayraktar  “TEKNOFEST” Müşahidə Şurasının sədri:TEKNOFEST-in kalbi olan bu teknoloji yarıçmalarına çağrıda bulunmak gerekiyor. Bu maksadla bu etkinliği düzenledik. Ve bu yarışmaların her biri geleceyin trendleri alanlarında konular. Hayatımızdakı en büyük dönüşüm rüzgarı da yüksek teknolji rüzgarı üzerinden geliyor. Bu rüzgarı dünyada estirenler var, bi de bu rüzgara maruz kalanlar var. bizler bu rüzgara maruz kalanlardan olursak asla işte Karabağda olduğu gibi topraklarımızı geri alıcak teknoljiye sahib olamayız. ve ya müreffe olamayız. O yüzden muhakak teknolji rüzgarını estirenlerden olmak durumundayız.

Mehmet Fatih Kacır Türkiyə Sənaye və Texnologiya nazirinin müavini: Dünyayı teknolojiler dönüşütüryor ve yeni teknolojileri gençler geliştiriyor. Biz gençlerimizi erken yaşlarından itibaren proje odaklıə çalışmaya, takım çalışması yapmaya, araştırmaya, geliştirmeye, üretmeye yönlendire bilirsek bizim gençlerimiz de dünya gençliyi ile yarışacak ve inanıyorum ki, dünyanın önünde de olacaklar. Ve yine bir-birinden yenilikci, yatacısı girişimler yatırımcılarla buluşack. geçtiyimiz yıllarda başarılı girişimler işlerini büyütmüye de sahib oldular.

TEKNOFEST sonrasında. İnanıyorum ki, Baküde de benzer neticeyi elde edicez.

Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “TEKNOFEST Azərbaycan” festivalı gənclərin kütləvi olaraq elmə, texnologiyalara, innovasiyalara olan marağın artırılması üçün təkanverici qüvvə olacaq. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sözügedən mərasimlə bağlı keçirilən mətbuat konfransında deyib. O həmçinin qeyd edib ki, gələcək illərdə “Smart Qarabağ” hakatonu Qarabağın bütün bölgələrində, o cümlədən Şuşada da keçirilə bilər.

Rəşad Nəbiyev Rəqəmsal İnkişaf və Nəqliyyat naziri: “Smart Qarabağ” hakatonunun keçirilməsi gənclərimizin yeni həlləri ilə, yeni texnoloji təklifləri ilə bir araya gəlib bu prosesdə bilavasitə iştirak etmələrini təmin etməkdi.Yarışma iki müstəvidə keçiriləcək, fiziki olaraq Bakı şəhərində, virtual olaraq isə dünyanın bütün yerlərindən bu yarışmaya qatılacaq insanlar olacaq. Gələcək illərdə biz düşünürük ki, bu tədbiri Qarabağın bütün bölgələrində, o cümlədən Şuşada da keçirə bilərik

Festivalda iştirak etmək istəyənlər komandalarını qurub 17 fevrala qədər texnofest.az saytında qeydiyyat keçə bilərlər. Qeyd edək ki, Festival 2018-ci ildən etibarən qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə hər il keçirilir.Bu il isə ilk dəfədir ki, Türkiyə xaricində, Azərbaycanda təşkil olunacaq.