• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1618
— 05.02.2022 17:38

Bağlı qapı arxasında qalan 2 azyaşlı xilas olunub

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 2 azyaşlını xilas edib.  Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 101 yanğına çıxış və 1 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Bağlı qapı arxasında qalan 2 azyaşlı xilas olunub. Nazirlik əməliyyat görüntülərini təqdim edib.