• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1814
— 04.02.2022 19:26

Xalq teatrı yaradılacaq

KepezTV Player

Mədəniyyət Nazirin Anar Kərimov qərb bölgəsinə səfəri zamanı Şəmkir rayonunda olub. Bir sıra mədəniyyət ocaqlarını gəzən nazir yeniliklər barədə təkiliflərin hazırlanması barədə göstərişlər verib.

Mədəniyyət Naziri Şəmkirə rayon mədəniyyət mərkəzində dərnəklərin fəaliyyəti ilə tanış olub. Bir vaxtlar müxtəlif teatr trubbalarının olduğu rayonda xalq teatrının yaradılması üçün təklif hazırlandığını bildirib.

Rayonun mərkəzi kitabxanasında 435 mindən artıq nəşr var. Kitabxananın fəaliyyətdə olan 71 şöbəsində yaşaşnan başlıca problem kadr potensialının azlığı və elektron kataloqa keçilməməsidir.

Səfər çərçivəsində tarix diyarşünaslıq muzeyində olan nazir ub. qədim Şəmkir ərazisində aparılan arxeloji qazıntılar zamanı tapılan ekpanatlarla tanış olub. Muzeydə sərgilənən ekspanatlar haqqında  inigilis dilində məlumatverici löhvələrin olması da təklif edilib.

Uşaq musiqi məktəbində yeniyetmə və gənclərdən ibarət xor kollektivi, xalq çalğı alətləri və fortepiana, skiripka və digər milli alətlərimizdən ibarət məşğələlər izlənilib. Həmçinin Heydər Əliyev Mərkəzində ulu öndərin siyasi-ictimai fəaliyyətini əks etdirən fotolar, ekpanatlara baxış keçirilib. Anar Kərimov rayonun mədəniyyət və incəsənət təmsilçiləri ilə görüş keçirib.

 

Elnur Vahidoğlu