• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 04.02.2022 19:37

Azərbaycan qaz hasilatını artırmağı planlaşdırır

KepezTV Player

"Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya... Biz həqiqətən də bir komanda olaraq çalışdıq. Hesab edirəm ki, milli səviyyədə koordinasiya bizə bu nəhəng layihəni, 21-ci  əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra etməyə kömək etdi". Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısında belə deyib. Dövlət başçısı layihənin 33 milyard ABŞ dolları olduğunu xatırladıb…

"Azərbaycan öz "yaşıl enerji" siyasətinə münasibətdə çox işlər görür. Yeni mənbələrdən qaz üçün tələbat artır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib". Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısında bildirib ki, ötən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib.

Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini verib. Aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırıb. Dövlət başçısı hazırda əlavə qaz mənbəyinə tələbatın artdığını da vurğulayıb.

Dövlət başçısı işğaldan azad edilən ərazilər üçün xüsusi proqramın hazırlandığını da diqqətə çatdırıb. Onu da əlavə edib ki, aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" zonası üçün konseptual proqnoz hazırdır.

Bərpaolunan enerjiyə investisiyaların yatırılması ilə bağlı aparıcı beynəlxalq enerji şirkətləri ilə fəal danışıqların aparıldığını deyən prezident onu da qeyd edib ki, Xəzər dənizinin qiymətləndirilməsinə dair də xüsusi proqram yaradılıb.