• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1582
— 04.02.2022 15:59

Məktəbdə dərslər COVID-19-a görə dayandırılıb

KepezTV Player

Gəncədə məktəb koronavirusa yoluxma səbəbindən distant tədrisə keçib. Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin sözlərinə görə, 4 nömrəli məktəbin 5 şagirdi və 6 müəlliminin COVID-19-a yoluxmaları təsdiq olunub. Bu səbəbdən məktəbdə dərslərin bu gündən etibarən 1 həftə distant formada keçirilməsinə qərar verilib.

Bu gün Şəhər Təhsil İdarəsi tərəfindən Gəncədə yenidən qurulan Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbə mediatur da təşkil edilib. KİV nümayəndələrinə məktəbdə yaradılan şəraitlə yaxından tanış olmaq, müxtəlif məzmunlu dərsləri izləmək imkanı yaradılıb. 800 şagird təhsil aldığı məktəb üçün 3 mərtəbəli tədris korpusları tikilib, 31 sinif otağı, informatika kabineti, müxtəlif fənnlər üzrə laboratoriyalar yaradılıb. Sinif otaqlarına Vətən müharibəsində Gəncədən şəhid olan qəhrəman oğulların adı verilib. Məktəbdə həkim otağı, kitabxana və oxu zalı, 160 yerlik bufet, 180 nəfərlik akt zalı, 2 idman zalı, sanitar qovşağı kolektivin istifadəsinə verilib. 2 emalatxanada tədrisin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb. 10 nömrəli məktəbin yenidən qurulması ilə son 10 ildə Gəncədə yenilənən təhsil müəssisələrinin sayı 15-ə çatıb.