• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1561
— 04.02.2022 16:20

Aİ ilə enerji sahəsində uğurlu əməkdaşlıq

KepezTV Player

Prezident İlham Əliyev Avropa İttifaqı ilə  əməkdaşlığa dair birgə bəyanatın imzalanmasından 10 ildən artıq müddətin keçdiyini qeyd etdi. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində həyata keçirilən əməkdaşlıq yeni mərhələyə qədəm qoyub və bu Cənub Qaz Dəhlizi çərçivəsində də davam etdirilir. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonla görüşdə Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar uğurla aparılır. Cənub Qaz Dəhlizinin Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd edən Komissar Kadri Simson Avropa İttifaqının enerji təminatının şaxələndirilməsinə böyük əhəmiyyət verdiyini dedi. Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji, o cümlədən “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.