• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1484
— 04.02.2022 12:20

Nazir "Gəncə qapıları"nın qaytarılmasından danışdı

KepezTV Player

Mədəniyyət naziri Anar Kərimov Gəncədə olub. Nazir Gürcüstanda saxlanılan "Gəncə qapıları"nın qaytarılması yönündə müzakirələrin aparıldığını, Qarabağla bağlı filmlərin senarilərinin nəzərdən keçirildiyini bildirib.

Gəncədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov yeni istifadəyə verilən Dram Teatrı, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi və digər mədəniyyət ocaqlarına baxış keçirib. Nazir həmçinin Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi terror hadisəsin olduğu əraziyə baş çəkib. Qarabağla bağlı filmlərin senarilərinin nəzərdən keçirildiyini diqqətə çatdırıb.

Nazir qeyd edib ki, mədəniyyət idarəsinin balansında olan və yararsız vəziyyətdə qalan “Nizami” kinoteatrının da ən azı layihəsinin hazırlanması bu il görüləcək işlər planına daxil edilib.

Anar Kərimov tarixi Gəncə qapılarının Azərbaycana qaytarılmasının müzakirə olunduğunu da sözlərinə əlavə edib.

Nazir Ermənlilərin alban dini məbədlərinin üzərinə əlavə etdikləri qondarma izlərin aradan qaldırılması üçün alban tarixini, arxitekturasını bilən mütəxəssislərdən ibarət İşçi qrup yaradıldığını vurğulayıb.

Nazirin sözlərinə görə, beynəlxalq ekspertlərlə də iş aparılır. Gələcək günlərdə onların Azərbaycana dəvət edilməsi planlaşdırılır.

 

Aişə Rzayeva