• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 04.02.2022 12:20

Ukrayna aviaşirkəti Gəncəyə uçuşlar həyata keçirəcək

KepezTV Player

Ukraynanın “Bees Airline” aşağı büdcəli aviaşirkəti 2022-ci ilin yay naviqasiyasında Kiyevdən  Gəncəyə uçuşlar həyata keçirməyi planlaşdırır. Aviaşirkət hələ bilet satışını açmayıb, lakin artıq marşrutun istifadəyə verilməsinə hazırlıq gedir. Şirkət Kiyevdən Gəncəyə həftədə iki dəfəyədək müntəzəm uçuşlar həyata keçirmək hüququ alıb. Kiyev-Gəncə marşrutu “Bees Airline” şəbəkəsində Azərbaycana ikinci reys olacaq. Belə ki, aviaşirkət artıq Gəncəyə Odessadan uçuşlar həyata keçirir və Kiyevdən uçuşlar başlayandan sonra bu marşrutu da saxlamaq niyyətindədir.