• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 04.02.2022 09:59

Avtoxuliqanlıq edən şəxs saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb. Şəhər sakini, Vətən Müharibəsi qazisi Qoşqar Həsənovun idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, ictimai-asayişi nümayişkəranə şəkildə pozması və bununla da onun vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Sosial şəbəkələrdə etdiyi təhlükəli manevrlərin görüntüsünü paylaşan qazinin avtomobili saxlanılaraq cərimə meydançasına yerləşdirilib və o inzibati məsuliyyətə cəlb olunub. Bundan başqa Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər də aşkar olunaraq barələrində qanunamüvafiq tədbir görülüb.