• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 846
— 04.02.2022 09:57

Sanitar-karantin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb edilib

KepezTV Player

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda- taksi, avtobuslarda sürücülərin COVİD-19 pasportunun olub-olmaması tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına diqqət yetiriblər. Keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib. Cari ilin müvafiq dövrü ərzindəbu qaydalara əməl etməyən 80-ə yaxın şəxs barəsində intizam tənbeh tədbirləri tətbiq edilib. Daha sonra nəzarət-profilaktiki tədbirlər rayon ərazisindəki market, kafe-restoran, mehmanxana və digər ticarət obyektlərində eləcə də əhalinin sıx olduğu yerlərdə davam etdirilib.  Polis əməkdaşları tərəfindən tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunmaqla yanaşı, COVİD-19 pasportu tələb olununan məkanlarda müştəri və işçi personallarının vaksinasiya olub-olunmaması yoxlanılıb.Araşdırmalar zamanı ötən yanvar ayı ərzində rayon ərazisində sanitar-karantin qaydalarını pozan 300-ə yaxın şəxs barəsində protokol tərtib edilib və onlar cərimə ediliblər.