• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 03.02.2022 16:13

Hamilələr özlərini koronavirusdan necə qorumalı?

KepezTV Player

Covid-19-un hamilə qadınlar üçün yaratdığı təhlükələr tam olaraq bilinməsə də, görünən odur ki, onlar bu xəstəliyi digərlərindən daha ağır keçirmirlər. Əksəriyyət kimi, hamilə qadınlar da xəstəliyi ya yüngül, ya da orta ağır vəziyyətdə - öskürək, qızdırma, təngənəfəslik, baş ağrısı və iybilmə və dadbilmə hissinin itməsi əlamətlərinin müşayiətilə keçirir və sağalırlar. Bəs bu xəstəlikdən qorunmaq üçün gələcək ana namizədlər nə etməlidir?

Xəstəliyin ancaq ağır halı ciddi problemlər yarada bilir, bu da çox nadirən baş verir. Ciddi səviyyədə ürək ağrıları olan hamilə qadınlar yüksək risk qrupuna aid edilirlər və onlara evdən çıxmamaq, başqalarıyla təmasdan yayınmaq, yalnız həkimlərlə ünsiyyətdə olmaq tövsiyə edilir. Bütün hamilələri maraqlandıran əsas sual isə koronavirusun dölə nə dərəcə təsir etməsidir?

Karonavirus hamilə qadınlara və ya dölə təsir edirsə bunu ultrasəs və ya dopler müayinəsi ilə təyin etmək olar.

Koronavirusun son zamanlar kəskin artdığını nəzərə alsaq, hər kəs kimi hamilə qadınlar da özlərini qorumalıdırlar. Həkim məsləhətləri ilə yanaşı, sosial məsafəyə diqqət etmək, tibbi maskalardan düzgün istifadədə fayda var. Xəstəlik simptomlarını hiss edən hər kəs kimi həkimlə məsləhətləşmək və özünü təcrid etmək lazımdır.

 

Nərgiz Əhmədqızı