• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1727
— 03.02.2022 16:20

Nazir mədəniyyət abidələri ilə tanış olub

KepezTV Player

Mədəniyyət naziri Anar Kərimov Gəncə şəhərində səfərdə olub. Nazir yeni istifadəyə verilən Dram Teatrı, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi və digər mədəniyyət ocaqlarına baxış keçirərək, mədəniyyət işçiləri ilə görüşüb. Anar Kərimov həmçinin Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi terror hadisəsin olduğu əraziyə baş çəkib. Nazir şəhidlərin ruhuna hörmət əlaməti olaraq dağıntıların baş verdiyi əraziyə güllər düzüb. Vətən müharibəsi zamanı Gəncədə törədilən terror hadisələri haqqında məlumatlar verilib. Nazir həmçinin Qarabağla bağlı filmlərin senarilərin nəzərdən keçirildiyini də diqqətə çatdırıb.