• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2074
— 02.02.2022 19:24

Gənclər həftəsi ilə bağlı silsilə yarışlar keçirilib

2 Fevral - Gənclər Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclər Evi təşkilatçılığı ilə silsilə yarışlar baş tutub. Müxtəlif idman növləri üzrə birinciliklər 27 yanvar - 2 fevral gənclər həftəsi çərçivəsində reallaşıb.

Gənclər günü ilə bağlı ilk yarış bilyard üzrə Gəncə şəhər birincliyi olub. Açılış mərasimində gənclər gününün önəmindən danışılıb, bu cür yarışların keçirilməsinin bilyardın təbliğ olunması baxımından vacib olduğu bildirilib. Rəsmi hissədən sonra mübarizələr başlayıb. 16 nəfər kiy ustasının iştirak etdiyi şəhər birilciliyi dünya bilyard federasiyasının qaydalarına uyğun olaraq keçrilib.

Gənclər həftəsinə həsr olunan daha bir yarış şahmat üzrə baş tutub. Yeniyetmələr və gənclərin qatıldığı yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Ümumilikdə mübarizələrdə 164 iti zəka sahibi qalib olmaq üçün bacarığını ortaya qoyub.

25 illik yubileylə əlaqədar mini-futbol üzrə daxili yarış da təşkil olunub. Gənclər və İdman Baş İdarəsinin nəzdində Uşaq-Gənclər İdman Məktəbi tərəfindən düzənlənən biricilik şəhər mərkəzi stadionunun süni örtüklü meydançasında keçirilib. Mübarizələrdə 9 komanda qalib olmaq üçün yarışıb.

Silsilə yarışlar çərçivəsində stolüstü tennis birinciliyi də reallaşıb. Gənc və könüllülər arasında düzənlən yarışda həm qız, həm də oğlanlar iştirak edib.

İdman yarışları ilə yanaşı gənclər həftəsində intellektual oyunlar da keçirilib. "Nə? Harada? Nə zaman?" adlı bilik yarışında 70-ə yaxın gənc hərəsində 5 nəfər olmaqla 14 komandada mübarizə aparıb. 24 sualdan ibarət olan oyunun yekununda 17 xalla "Dəmir yumruq" komandası qalib olub.  "Leqends" kollektivi 2-ci , "Dejavü" isə 3-cü yerə layiq görülüb. Sonda mükafatçılar diplom, ilk yerin sahibi isə kubokla təltif edilib.