• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1956
— 02.02.2022 12:03

Ağdam-Füzuli avtomobil yolunun tikintisinə başlanılıb

KepezTV Player

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən daha birinin tikintisinə start verilib. Söhbət Ağdam-Füzuli avtomobil yolunun inşasından gedir. Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli ərazilərindən keçəcək. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə insanların rahat gediş-gəlişini təmin edəcək.