• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1084
— 02.02.2022 12:15

Azərbaycan Ordusunda yeni tədris ilinin təlim-məşqləri keçirilir

KepezTV Player

Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və idarəetmə orqanlarında yeni tədris ilinin başlanması ilə əlaqədar məşqlər keçirilir. Döyüş hazırlığında əsas məqsəd qabaqcıl metodlardan və yüksək texnologiyadan geniş istifadə etməklə qoşunların idarəedilməsində operativliyin daha da artırılması, bölmələr arasında uzlaşmanın təşkili, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsidir. Əsas diqqət Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla sərt iqlim və çətin relyef şəraitində müxtəlif döyüş əməliyyatlarının aparılmasında müasir döyüş texnikası, eləcə də silahların düzgün və səmərəli tətbiqinə yönəldiləcək.