• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1777
— 01.02.2022 22:23

“Şanlı Qələbəmizin Qəhrəmanları” adlı rəsm sərgisi

KepezTV Player

Gəncə Gənclər Evində “Şanlı Qələbəmizin Qəhrəmanları” adlı rəsm sərgisi keçirilib. Gəncə Gənclər Evi və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbir 44 günlük Vətən müharibəsində canını fəda edərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımız və qazilərimizə həsr olunub. Sərgidə şəhid ailələri və gənclər iştirak ediblər. 2-ci Qarabağ savaşında adını tariximizin şanlı səhifələrinə yazdıran igidlərin şəkillərinin nümayiş etdirildiyi sərgidə 20 şəhid və qazimizin portreti qara qələm texnologiyası ilə kağız üzərinə çəkilib. Sonda şəhidlərin şəkilləri ailələrinə təqdim olunub.