• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1632
— 01.02.2022 22:21

Qadınların sahibkarlığa cəlb edilməsi istiqamətində 8 layihə reallaşacaq

KepezTV Player

Gənc qadınların özünü məşğulluğunun artırılması, məcburi köçkün statusu olan xanımların sahibkarlığa cəlb edilməsi, eləcədə evdar qadınların sahibkarlıqla bağlı maarifləndirilməsi. Xanımlara sahibkarlığın inkişafı ilə bağlı göstəriləcək digər yardımlar ilin sonuna kimi Sahibkar Qadınlar İctimai Birliyinin görəcəyi işlər sırasındadır. Bu fikirlər birliyin gələcək iş planının müzakirəsi zamanı sələndirilib.

Sahibkar Qadınlar İctimai Birliyi 12 min 400-dən çox gənc xanımın peşə kurslarına cəlb edilməsi, eləcə də onların sahibkar olaraq fəaliyyətə başlamasına köməklik göstərib. Yola saldığımız ili də birlik üçün uğurlu hesab etmək olar. İlin əvvəlində pandemiyya səbəbindən onlayn görüşlər keçirilib, daha sonra isə kiçik qruplarla xanımlar üçün təlimlər reallaşıb. Bundan başqa 4 böyük layihə həyata keçirilib. Bu il üçün isə 8 layihənin həyata keçirilməsi planlaşdırılıb ki, artıq bunlardan üçünün icrasına başlanılıb. Həmçinin işğaldan azad edilən ərazilərdə sahibkar qadınların fəaliyyəti üçün layihə də hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Bundan başqa bu il 3 xarici ölkədə Sahibkar Qadınlarla görüşlərin keçirilməsi, qarşılıqlı əməkdaşlıq üçün yeni layihələrin icrası da planlaşdırılır.

Ümumilikdə görülən işlər və gələcək planlar sahibkarlıqla məşğul olan xanımları və təşkilatın üzvlərini daha da həvəsləndirir.

Hazırda ölkəmizdədə 8 min çox qadını öz ətrafına birləşdirən Sahibkar Qadınlar İctimai Birliyi 18 ölkənin xanım iş adamları ilə əməkdaşlıq edir.

Elnur Vahidoğlu