• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 01.02.2022 22:19

İlk dəfə olaraq karpal tunel əməliyyatı

KepezTV Player

Qərb bölgəsində ilk dəfə olaraq Gəncədə karpal tunel əməliyyatı keçirilib. Şəhər Xəstəxanasında reallaşan cərrahi müdaxilə icbari tibbi sığorta çərçivəsində reallaşıb.

Daşkəsən rayon Bayan kənd sakini 35 yaşlı Aynurə Alıyevada bir ildən artıq idi ki, sağ əlinin dirsəkdən aşağı hissəsi üyüşür və qıc olurdu. Son bir neçə ayda isə sol qolunda da küt ağrılar əmələ gəlmişdi. Hətta barmaqlarını hərəkət etdirən zaman şiddətli ağrılardan əziyyət çəkirdi. Həkimə müraciət etdikdə isə ona hər iki əlində dirsəkdən aşağı bilək və ovucunda sinir ağrıları və damar sıxılması diaqnozu qoyulur. Əməliyyat təyin edilir. Proses Abbas Səhhət  adına şəhər xəstəxanasının travmatalogiyya şöbəsində icra olunur.

Xəstəxananın neyrocərrahı Zaur Ramixanov tərəfindən reallaşan əməliyyat icbari tibbi sığorta çərçivəsində reallaşıb. Dövlət xəstəxanasında həyata keçirilən ilk belə əməliyyatdan sonra xəstənin vəziyyəti qənaətbəxş hesab edilir.

Üç uşaq anası olan Aynurə Alıyeva özünü hazırda yaxşı hiss edir. Artıq o hər iki əlində barmaqlarını hərəkət etdirə bilir. Bir neçə günə evə buraxılması nəzərdə tutulur.

Elnur Vahidoğlu