• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1165
— 01.02.2022 22:06

Vaksinasiya prosesində ikinci olan şəhər

KepezTV Player

Ölkədə COVİD-19 infeksiyasına qarşı vaksinasiya prosesində iştirak cəhətdən bir sıra şəhər və rayonlar aktivlik nümayiş etdirir ki, bu məkanlar sırasında Naftalan şəhərinin sakinləri ən öndə gedənlərdəndir. Kurort mərkəzi peyvəndlənməyə görə əhalisinin sayı baxımından respublikada ikinci yerdədir.

Naftalanda yeganə vaksinasiya mərtəqəsi şəhər mərkəzi xəstəxanasında yerləşir. Şəhər sakinləri gün ərzində bütün dozaları vurdurmaq üçün səhiyyə ocağına yaxınlaşaraq rahat şəkildə peyvənd oluna bilirlər. Hazırda şəhərdə 3-cü doza vaksini qəbul etmək istəyən kifayət qədər insan məntəqəyə üz tutur. Artıq buster doza əhalinin 80 faizinə vurulub. Gün ərzində sözügedən doza peyvənd olunanların sayı 30 nəfərə yaxın olur.

Vaksinasiya prosesi yalnız məntəqədə həyata keçirilmir. Eyni zamanda peyvəndlənmə xəstəxanaya gələ bilməyən müəyyən qrup insanlar üçün səyyər formada da aparılır.

10000 nəfərdən çox əhalisi olan Naftalan  şəhərində 1, 2 və 3-cü dozanı ümumilikdə 14000 nəfərə yaxın sakin qəbul edib. Bu da Naftalanın əhali sayına görə vaksinasiya prosesində 2-ci yerdə olmasına şərait yaradıb.