• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1365
— 01.02.2022 21:57

Regional təhlükəsizlik məsələləri müzakirə edilib

KepezTV Player

Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında görüş olub. Müdafiə nazirlər arasında təkbətək və iki ölkənin nümayəndələrinin birgə iştirakı baş tutan görüşlərdə regional təhlükəsizlik, eləcə də Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.Birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyətinə toxunan tərəflər bu cür tədbirlərin mütəmadi keçirilməsinin  vacibliyini qeyd ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.