• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1080
— 31.01.2022 20:00

Şəhər birinciliyinin qalib və mükafatçıları təltif edildi

KepezTV Player

Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində şahmat üzrə keçirilən şəhər birinciliyin təltifetməsi baş tutub. Yanvarın 10-da start götürən və isveçrə sistemi üzrə 9 turdan ibarət olan yarışda 8, 10, 12, 14 və 16 yaşadək iti zəka sahibləri mübarizə aparıb. Həm oğlan, həm də qızların zəkasını yoxladığı  və 300-dən çox şahmatçının qatıldığı birincilikdə hər yaş kateqoriyasında ilk 3 yeri tutanlar təltif edilib. Mükafatçılara məktəbin diplomu və medal təqdim olunub.