• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1335
— 31.01.2022 20:02

Televiziya muğam müsabiqəsinin seçim turu davam edir

KepezTV Player

Gəncə regional mədəniyyət idarəsinin təşkilatçılığı və Kəpəz Müstəqil Teleradio şirkətinin dəstəyi ilə reallaşan televiziya muğam müsabiqəsinin üçüncü seçim turu keçirilib. Seçim turunda 9 nəfər muğam ifaçısı iştirak edib. Respublikamızın tanınmış incəsənət xadimlərinin münsiflər heyyəti olduğu müsabiqədə iştirakçılar muğamlarımızı, xalq musiqilərimizi səsləndirməklə yanaşı Nizami Gəncəvinin qəzəllərini də ifa ediblər. Ötən ilin noyabrından başlanılan müsabiqə Nizami Gəncəvi ilinə həsr olunub və Gəncə, Göygöl, Bərdə, Goranboy, Kəlbəcər, Samux və Gədəbəydən 8-35 arası muğam ifaçıları qatılıb. Müsabiqəni keçirməkdə məqsəd isə muğammızı inkişaf etdirmək və istedadlı səsləri üzə çıxarmaqdır.