• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1351
— 31.01.2022 16:30

Zal nəzarətçisi olmaq istəyənlər üçün təlim

KepezTV Player

Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsi tərəfindən zal nəzarətçisi sertifikatı almaq istəyənlər üçün təlim keçirilib. 22 nömrəli məktəbdə baş tutan təlimə müsahibə mərhələsi və ilkin test imtahanından keçən 117 nəfər qatılıb. Müxtəlif peşə sahiblərindən olan iştirakçılara bu mərhələdə təlimçilər tərəfindən imtahanın gedişi, abituriyentlərin imtahan zalına buraxılması zamanı sənədlərin yoxlanılması, imtahanda iştirakçıların yerləşdirilməsi, cavab kartları və sual kitabçalarının paylanmasında diqqət etməli olduqları məqamlar, nəzarətçi protokolunun düzgün doldurulması, abituriyentlərin davranış qaydalarına uyğun davranması, imtahan rəhbərləri ilə koordinasiyalı fəaliyyətin qurulması və imtahan zalının idarə olunma qaydası izah olunub. Bunların yaddaşda möhkəmləndirilməsi məqsədi ilə imtahanın bütün mərhələlərini özündə əks etdirən slaydlar nümayiş etdirilib. Həmçinin açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda dinləmə qurğusunun işlədilmə qaydaları namizədlərin diqqətinə çatdırılıb.