• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2012
— 31.01.2022 16:28

Avtobus reyslərinin sayı artırılır, məhdudiyyət ləğv edilir

KepezTV Player

Fevralın 16-dan Bakı – Şuşa – Bakı istiqamətində həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, təhlillər nəticəsində Bakı – Şuşa – Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb.  Daha bir yenilik isə ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyətinin aradan qaldırılmasıdır. Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.