• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1690
— 31.01.2022 12:18

Komandoların hazırlığına xüsusi diqqət yetirilir

KepezTV Player

Azərbaycan Ordusunda həyata keçirilən islahatlar çərçivəsində yeni yaradılan Quru Qoşunlarının Əməliyyat hərbi hissələrində xidməti döyüş fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilir. Komando hərbi hissələrində xidməti döyüş fəaliyyətlərinin keyfiyyətli təşkili üçün müvafiq şərait yaradılıb. Vətən Müharibəsində əldə edilmiş təcrübələr nəzərə alınmaqla, türkiyəli peşakar zabitlərin iştirakı ilə komandoların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və praktiki vərdişlərinin  təkmilləşdirilməsi təmin edilir. Real döyüş şəraitinə maksimum uyğunlaşdırılmış şərtlərlə keçirilən məşğələlərdə komandolar kəskin relyefli ərazilərdə hərbi helikopterlər və digər üsullarla yerdəyişmələr icra edirlər. Təlimlər zamanı komandolar birbaşa təmas vəziyyətində maneələr zolağından keçid, dağlıq ərazilərdə döyüş aparma, müdafiənin dərinliyinə sızma,  eləcə də şərti düşmənin müvəqqəti yerləşdiyi sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən təxribat-diversiya qrupunu mühasirəyə alma, zərərsizləşdirmə tapşırıqlarını müvəffəqiyyətlə icra edirlər.