• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1707
— 31.01.2022 12:28

Nizami yurduna qayğı dövlətin diqqət mərkəzindədir

KepezTV Player

Xəbər verdiyimiz kimi prezident İlham Əliyev ötən gün Gəncədə səfərdə olub. Şəhərdə 2-ci “ASAN xidmət” Mərkəzinin açılışı növbələrin qarşısını alacaq, müasir xidmətlərin göstərilməsində rahatlığı və şəffaflığı təmin edəcək. Ərazisinə görə 1-ci mərkəzdən daha böyük olan xidmət sahəsində müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstəriləcək. Bu Mərkəz ölkə üzrə sayca iyirmi ikincidir. Və ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.*** Gəncədə Dram Teatr binasının da açılışı olub. Memarlıq və funksionallıq baxımından seçilən teatr şəhərin mədəni həyatına töhfədir. 478 yerlik böyük və 120 yerlik kiçik tamaşaçı zalları olan 7 mərtəbəli binada rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. Yaradıcı heyətin məşqləri ilə bağlı bütün məqamlar nəzərə alınıb.*** Gəncədə lokomotiv deposunun yaradılmasına da böyük ehtiyac var idi. Gəncədən keçən Şərq-Qərb nəqliyyat dəhlizi ölkə üzrə ikinci deponun Gəncədə açılmasını labüd edib. Əsas təmir zonasında eyni vaxtda 6 lokomotivə xidmət etməyə imkan verən ikimərtəbəli platforma mövcuddur. Depo ərazisində 350 ədəd günəş paneli quraşdırılıb ki, bu da enerjiyə olan tələbatın bir hissəsini qarşılamağa imkanı yaradır.*** Gəncədə tikintisi davam etdirilən İdman Sarayı ölkədə bir ilkdir. Burada həm döyüş idman növləri, həm məktəblər, həmçinin əl oyunları üçün xüsusi zal, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel olacaq. Ölkənin ən böyük idman sarayının Gəncədə tikilməsini labüd edən səbəblərdən biri də  şəhərdəki Olimpiya Mərkəzinin fiziki və mənəvi cəhətdən köhnəlməsi, orada normal məşq etmək üçün şəraitin lazımi səviyyədə olmaması ilə bağlıdır. Əslində, edilən açılışlar və davam edən tikinti işləri ilə tanışlıq Gəncənin inkişafı və şəhərin problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində olduğunu göstərir.

İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, 6-sı uşaq olmaqla 26 mülki vətəndaş namərd atəş nəticəsində erməni faşizminin qurbanı olub. 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şəhər həm “Toçka-U”, həm də “SCUD” raketləri ilə atəşə tutulub. Ermənistanın raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək üçün Gəncə Memorial Kompleksinin təməli qoyulub. Erməni ordusu tərəfindən gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutması dünya birliyi tərəfindən tanınmalı olan hərbi cinayətdir.

Gəncədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması barədə danışan dövlət başçısı bunu ermənilərin baş tutmayan biabırçı aksiyası kimi dəyərləndirib.