• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1202
— 30.01.2022 20:30

Köşklərdə qalan, oxucusu olmayan qəzetlər

KepezTV Player

Əvvəllər avtobusda, yolda və ya parklarda ən çox yaşlı nəslin əlində gördüyümüz qəzetlərə bu gün demək olar ki, nadirən rast gəlirik. Qəzetə olan təlabatın azalması mətbələrin çap versiyasından imtina edərək onlayn variantlarda fəaliyyətlərini davam etdirməsi ilə nəticələnib. Bəs çap mediasının oxucusuz qalmasının səbəbi nədir? Əməkdaşlarımızın bu mövzu haqqında araşdırmasını izləyək.

Bir zamanlar kimləri üçün xəbər qaynağı, boş vaxtını səmərəli istifadə etdiyi məşğuliyyət növü və ya sadəcə qəzet. Azərbaycan mətbuatının əsası qəzetlə qoyulsa da, texnologiyanın inkişafının bu gün çap mediasını geridə qoyduğu danılmazdır. Şəhərdə apardığımız müşahidə belə deməyə əsas verir ki, qəzetə olan tələbat yox səviyyəsindədir. Satıcılar da əvvəlki illərlə müqayisədə köşklərdən qəzet alanların sayının az olduğunu bildirdilər.

Bir vaxtlar yüksək tirajla çap olunan qəzetlərin oxucuları olan orta və yaşlı nəsil də artıq elektron mətbuatın çap mediası ilə yer dəyişdiyini təsdiqlədilər. Təbii ki, müəyyən oxucu qrupu istisna olmaqla.

Gənclər isə bildirirlər ki, qəzetdə onların yaş qrupuna, maraq dairəsinə uyğun məlumatlar olmadığı üçün çap mediasına üstünlük vermirlər.

Yeni nəsil smartfon və anderoid telefonların istifadəsi onlayn mediaya girişi daha da asanlaşdırıb. Qəzetin təbliğatına gədikdə isə bu gərəkli olsa da, amma real mənzərə onu göstərir ki, bütün dünyada və Azərbaycanda qəzetçilik köhnəlməyə doğru gedir

İnformasiya mənbəyi kimi qəzeti görən insanların kifayət qədər olduğunu nəzər alsaq bu sahəyə marağın artırılması və dirçəldilməsi fonunda addımların atılması vacibdir.

Aişə Rzayeva