• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1541
— 28.01.2022 19:55

Avtoxuliqan sürücü saxlanılıb

KepezTV Player

Gəncədə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları qarlı havada Gəncənin Hacıkənd qəsəbəsində avtomobili ilə avtoxuqanlıq edərək sosial şəbəkələrdə paylaşan sürücünü saxlayıblar. Yol hərəkəti qaydalarını pozan İlham Nəbiyev 90-XL-063 dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomaşınla sözügedən ərazidə təhlükəli manevrlər edərək qəza vəziyyəti yaradıb. Həmin şəxs barəsində qanunuyğun tədbirlər görülərək protokol tərtib edilib və cərimələnib.