• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1208
— 27.01.2022 16:25

Erməni vəhşiliyi fotoşəkillərdə

“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi “Vətən Müharibəsi Avropalı Fotoqrafların Gözü İlə” layihəsi həyata keçirilib.   Layihədə  Ukrayna, Polşa və Azərbaycandan olan gənc fotoqraflar iştirak edib.Layihə çərçivəsində çəkilən fotolar münsiflər tərəfindən seçilib və 20 foto Gəncə şəhərində təşkil olunan sərgidə nümayiş olunub. Layihəni keçirtməkdə əsas məqsəd bu həssas mövzuya yerli və xarici gənclər vasitəsilə ictimaiyyətin diqqətini cəlb etmək, Qarabağın tarixi və mədəni irsi haqqında avropalı gənclərin məlumatlılığını artırmaq, Vətən müharibəsi zamanı törədilən hərbi cinayətlər, vurulan zərər və işğaldan azad edilən ərazilərin məqsədli və geniş miqyaslı minalanmasının yaratdığı təhlükə və törətdiyi fəsadların beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verməkdir. Sonda iştirakçılar sertifikatıarla təltif olunublar.