• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2221
— 27.01.2022 16:00

Yandırdığı ocağa düşüb öldü

Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 m² olan bir otağında məişət tullantıları 3 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 62 yaşlı Ələkbər Əziz oğlu Ələsgərovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. İlkin araşdırmalar zamanı bəlli olub ki, meyiti tapılan şəxs tüfeyli həyat tərzi sürüb. O, orada gecələyib və isinmək üçün ocaq qalayıb. İçki düşkünü olduğu bildirilən şəxs elə qaladığı ocaqda yanaraq dünyasını dəyişib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.