• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2289
— 27.01.2022 16:05

Sanitar-karantin qaydalarını pozanlar məsuliyyətə cəlb ediliblər

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda- taksi, avtobuslarda sürücülərin COVİD-19 pasportunun olub-olmaması tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına diqqət yetiriblər. Keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən şəxslər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib. Daha sonra monitorinq rayon ərazisindəki market və digər ticarət obyektlərində eləcə də əhalinin sıx olduğu yerlərdə də nəzarət-profilaktiki davam etdirilib. Polis əməkdaşları tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunmaqla yanaşı, COVİD-19 pasportu tələb olununan məkanlarda müştəri və işçi personallarının vaksinasiya olub-olunmamasını yoxlayıb. Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 10-a yaxın şəxs barəsində protokol tərtib edilib və onlar cərimə olunublar.