• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 26.01.2022 20:06

Mağaza sahiblərinə sonuncu xəbərdarlıq edildi

KepezTV Player

Ticarət obyektlərinin qarşısının təmiz saxlanması, sanitar gigiyenik  qaydalara əməl edilməsi sahibkarın qarşısına qoyulan tələbdir. Tələblərin hansı formada yerinə yetirildiyini isə Gəncədə şəhər Təmizlik və Kommersiya şöbələrinin əməkdaşları yoxlayıb. Ticarətlə məşğul olaraq ətrafı zibilləyənlərə son xəbərdarlıq edilib.

Bu kadrlar şəhərin Nizami prospektində fəaliyyət göstərən ticarət obyektlərinin qarşısında çəkilib.Mağazaların önünə yığılan qutular, atılan tullantılar, yola tökülən çirkab sular, ağacların dibinə yığılan zibillər.Sahibkarlıq obyektlərin qarşısında müşahidə edilən bu mənzərə ondan xəbər verir ki, zibillər tutumlara atılmır.

Ticarət obyektinin qarşısını təmiz saxlamaq kimi öhdəlik götürən iş adamları qüvvədə olan qanunvericiliklə də bunu görə məsuliyyət daşıyır. Odur ki, şəhər Mənzil Kommunat Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən keçirilən mütəmadi yoxlamalar sanitar-epidemioloji vəziyyəti korlayan və şəhərin estetik görünüşünə zərər gətirən belə halların aradan qaldırılmasına xidmtə edir.

Sahibkarlar iş vaxtından sonra yığılan məişət tullantılarının ya zibil tutumlarına atılmasına nail olmalı, ya da adiyyatı quruma müraciət etməklə ərazidən daşınmasını təmin etməlidirlər. Gün ərzində şəhərin müxtəlif ərazilərində zibil qalaqları yaradan şəxslərlə aparılan maarifləndirici reydlər nəticə verməzsə onlara qarşı cərimə tədbirlərinin görülməsi istisna edilmir.

Elnur Vahidoğlu