• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1054
— 25.01.2022 12:08

İlk dəfə Mahmudluya qatar hərəkət edir

KepezTV Player

Zəngəzur dəhlizinin mühüm hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70%-i tamamlanıb. İşğaldan azad edilən Cəbrayıl rayonunun Mahmudlu stansiyasına qədər 23 km-lik məsafədə relslər qoyulub və yolun sazlanması işlərinə başlanılıb. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir. Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır. Layihələndirmə və tikinti işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir. Hazırda 60 km-dən çox ərazi minadan təmizlənib. 50 km-lik hissədə layihələndirmə işləri yekunlaşıb. Hazırda Mahmudlu stansiyasından Qumlaq stansiyasına qədər olan 30 km-lik ərazidə yolun torpaq yatağının hazırlanması üzrə intensiv işlər aparılmaqdadır.