• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1690
— 23.01.2022 19:57

İnsanların Covid-19-la bağlı məlumatlılığı

KepezTV Player

Bütün dünyanın probleminə çevrilən, demək olar ki, hər gün dilimizdən düşməyən Covid 19 virusu ilə mübarizə tədbirləri səngimədən davam etdirilir. Bu bəladan qurtulmağın yeganə yolu isə hər kəsin maariflənməsi, vaksinasiyaya inanması və peyvənd olunmasından keçir. Bəs insanlar koronavirus haqqında məlumatları hardan öyrənirlər? Necə maariflənirlər? Sıradakı sujetdə biləcəksiz.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər görülür. Gəncədə də əhalinin məlumatlanmasına yönələn bu prosesə ciddi nəzarət olunur. Mübarizə Qərargahının mobil qrupları tərəfindən şəhərin müxtəlif ərazilərində maarifləndirmə işləri aparılır, məlumatlandırıcı lövhələr yerləşdirilir və izahetmə işləri davam etdirilir.Məlumatların etibarlı, güvənilən və ən əsası rəsmi olmasına diqqət yetirməkdə fayda var

Səhiyyə işçiləri əhaliyə tibbi maskadan istifadə etməyin və sosial məsafə saxlamağın zəruriliyini bir daha xatırladırlar. Vətəndaşları diqqətli olmağa, dezinformasiyalara inanmamağa və peyvənd vurdurmağa çağırırlar.

Məlumatların etibarlı, güvənilən və ən əsası rəsmi olmasına diqqət yetirməkdə fayda var

 

Aişə Rzayeva