• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1536
— 22.01.2022 20:29

Samuxda yaşayış evində yanğın baş verib

KepezTV Player

Samuxun Sarıqamış kəndində yaşayış evində yanğın hadisəsi qeydə alınıb.Kənd sakini Pərviz Hacıyeva məxsus 240 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü tamamilə ilə yanıb. Dərhal hadisə yerinə FHN-in Samux rayon yanğından mühafizə bölməsinin 2 yanğın söndürən maşını və 10-a yaxın əməkdaşı cəlb olunub və yanğın söndürülüb. Xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.