• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 16.01.2022 20:37

Tikinti materialları bazarında qiymətlər "od tutub yanır"

KepezTV Player

Tikintiyə başlamaq istəyənlər ekran qarşısına yaxın əyləşsinlər. Bazarda inşaat materiallarının qiyməti barədə məlumatımız var. Gəncədə tikinti bazarındaki mövcud durumu əməkdaşlarımız araşdırıblar.

Günümüzdə modern evdə yaşamaq yaxud da evini bu üslubda təmir etdirmək arzusunda olanlar çoxdur. Bu baxımdan istifadə olunan tikinti materiallarının qiyməti də hər birimizə maraqlıdır. Bəs alıcılar qiymət səviyyəsi ilə bağlı necə düşünür?

Taxta, daş, qum, mişar daşı və digər tikinti materialları. Bunların hamısına Gəncənin tikinti malları üçün bazar və mağazalarında rast gəlmək mümkündür. Ancaq baha qiymətə. Hələ bu azmış kimi materialların qiyməti artmaqda davam edir. Mövzunu yerində araşdırmaq üçün yollandıq sözügedən satış məntəqələrinə. Rastlaşdığımız mənzərə isə budur.

Tikinti bazarındakı vəziyyət iqtisadi amillərlə, əsasən də tələb-təklif qanununun işləməməsindən irəli gəlir. Nəticədə süni qiymət artımı baş verir. Digər tərəfdən...

Havaların soyuq olması səbəbindən inşaat işlərinin səngiməsi də qiymətlərin artmasına təsir edə bilməyib. Görünən odur ki, qalxan qiymətlər fonunda daşı-daş üstünə qoymaq istəyənlər bir qədər də gözləməli olacaqlar. Yada tələsməlidirlər ki, daha çox xərcə düşməsinlər. Çünki qiymətlərin artımının nə zaman səngiyəcəyi barədə dəqiq bir şey demək çətindir.

Valeh Anaroğlu