• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1261
— 16.01.2022 20:33

Erkən nikah və onun bərabərində gətirdiyi fəlakətlər

KepezTV Player

Son illər erkən nikaha qarşı mübarizə tədbirləri gücləndirilsə də problem aktuallığını qoruyur.Bütün cəhdlərə baxmayaraq, hələ də bəzi valiyendlər hüquqi baxımda yetkinlik yaşına çatmayan qızlarını təhsildən yayındıraraq, ailə qurmağa məcbur edir.

Erkən nikahlar bütün dövrlər üçün narahatlıq doğuran məsələ olub. 18 yaşı tamam olmayan şəxslərin ailə qurması gələcək nəsillərin sağlamlığını təhdid etməklə yanaşı, ailədaxili münaqişələrə qədər  bir sıra fəsadlara yol açır.

Erkən nikah həm də uşaqların təhsil hüququnu pozmaqdır. Bir çox ailələrin problem yaşamasının əsas səbəblərindən biri də təhsil məsələsidir. Xüsusilə də, məktəb yaşlı qızların evlilikləri qanunazidddir.

Erkən nikahların qarşısının alınmasında güc strukturlarının da rolu əvəzsizdir. Belə ki, polis əməkdaşlarının xüsusilə orta məktəblərdə apardığı maarifləndirici tədbirlər erkən nikah probleminin qarşısının alınmasına xidmət edir. Ötən il isə Gəncə polisinə erkən yaşına çatmayan şəxslərin nikah problemi ilə bağlı 10-dan artıq müraciət daxil olub.

Erkən nikaha məcbur edilərək qurulan ailələrin təməli də möhkəm deyil. Əksər hallarda gələcəkdə belə nikahlar boşanma ilə nəticələnir. Mütəxəssislərin fikrincə, qarşılıqlı istək, sevgi olmadan erkən yaşda qurulan ailələr sonradan xəyanət, qısqanclıq və başqa konfliktlər ucbatından dağılır.

Valeh Anaroğlu