• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2100
— 16.01.2022 20:29

Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb

KepezTV Player

Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb. "Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək" - Dövlət Komitəsindən bildirilib. Şamaxı rayonunun İkinci Çaylı kəndində 5 uşağın acınacaqlı durumu ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Bu arada Şamaxı Rayon İcra Hakimiyyəti uşaqlarla bağlı məlumat yayıb. Məlumatda uşaqların anası Gülnarə Cavadovanın 2019-cu ildə “DOST İş Mərkəzi”də işlə təmin olunduğu bildirilib və aldığı əməkhaqqı müqabilində ondan yeganə tələbin də övladlarına baxması olub. Lakin o, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq övladlarına yaxşı baxmayıb. Həmin ildə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən onlara yeni fərdi yaşayış evi də tikilib. Hazırda uşaqlar yaxşı şəraiti olan yerdə yerləşdirilib, isti geyim və ərzaqla təmin olunub, həkim müayinəsindən keçiriliblər. Uşaqların daimi olaraq dövlət müəssisəsində qalması üçün bütün zəruri hüquqi addımlar atılacaq” - İcra Hakimiyyətindən qeyd olunub.