• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 796
— 16.01.2022 20:25

365 min şəxsə e-qaydada fərdi hesab açılıb

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə ötən il 153 min şəxsə e-qaydada sosial sığorta nömrəsi və fərdi hesab açılıb. İki il əvvəl fəaliyyətə başlayan bu elektron xidmət sığortaolunanların proaktiv qaydada elektron sistemdə qeydiyyatına xidmət edir. İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik sosial sığorta nömrəsi də açılır. Bununla işçinin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirak etmək, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir. Ümumilikdə ötən dövrdə 365 min şəxsə elektron qaydada fərdi hesab açılıb.