• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1500
— 16.01.2022 20:22

Şəhid Elnur Cəbrayılovun ildönümü qeyd olunub

KepezTV Player

Göygöl rayonunda 2-ci Qarabağ savaşında şəhidlik zirvəsinə yüksələn Elnur Cəbrayılovun ildönümü qeyd olunub. Şəhidlər Xiyabanında təşkil edilən mərasimdə Elnur Cəbrayılovun döyüş meydanında göstərdiyi şücaətdən, vətən sevgisindən, doğma elə bağlılığından danışılıb. Bildirilib ki, tabeliliyində olan əsgərləri ilə birlikdə vuruşan kapitan torpaqlarımızın azadlığı uğrunda mübarizədə gözünü qırpmadan canından keçib. Tədbirdə şagirdlər vətənpərvərlik ruhunda və şəhidlərə həsr olunan şeirlər söyləyiblər. Daha sonra şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Elnur Cəbrayılov Vətən müharibəsi ilə yanaşı, 2016-cı ildə Aprel döyüşlərində Lələtəpə istiqamətində də vuruşub. Füzuli rayonu uğrunda gedən döyüşlərdə ali zirvəyə ucalan şəhid döyüş meydanındakı igidliklərinə görə Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları, həmçinin 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.