• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 765
— 15.01.2022 19:45

Xalq artisti Miri Yusif konsert proqramı ilə çıxış edib

KepezTV Player

Xalq artisti Miri Yusifin Gəncədə solo konserti baş tutub. Müğənnini sevənlər onun ətrafında toplaşıblar. İki saata yaxın davam edən konsertdə maraqlı anlar yaşanıb.

Xalq artisti, sevilən müğənni Miri Yusifin Gəncə Dövlət Filarmoniyasında keçirilən konserti iki seansdan ibarət olub. İfaçını sevənlər saat 15.00 və 19.00-da onun mahnılarını canlı dinləmək şansı əldə ediblər. Böyük dinləyici auditoriyasının iştirakı ilə baş tutan konsert rəngli görüntülərlə yadda qalıb.

Müğənni gəncəlilərin ona və sənətinə olan sevgisindən, diqqətindən razılıq edib. Gələcək planlarından da söz açıb.

İfaçının may ayında Gəncədə növbəti konsertinin keçirilməsi də nəzərdə tutulur.